Xatun və Ayan arasında nə baş verir? - VİDEO

7 Oktyabr 2024 15:54

Müğənni Xatun Əliyevanın həmkarı Ayan Babakişiyeva ilə küsülü olduğu üzə çıxıb. 

Milli.Az olay-a istinadən bildirir ki, "Xəbərin var?" maqazin verilişinə müsahibə verən Xatun Ayan haqda nə danışmaq, nə də ki ona sual ünvanlamaq istəyib.

Həmin görüntülər efirdə nümayiş olunub.

Sözügedən proqramda qonaq olan Ayan Xatunun bu hərəkətinə belə reaksiya verib: 

"İnsanları hər zaman olduğu kimi qəbul edirəm. Əgər o insan qərarsızdırsa və tez təsir altına düşəndirsə, ondan uzaq durmağa çalışıram. Mən bilmirəm bu müsahibəni verən Xatun nə altında olub. Desəm ki, Xatunun həyatında vacib personayam və ya onun özəl və ya şəxsi həyatına pisliyim dəyib və ona görə belə aqressivdir... Şərh verməyəcəyəm. Allah hamının ürəyinə görə versin. Allah hamının yolunu açıq etsin. Nə mən Xatunun, nə də ki, Xatun mənim yolumdadır. Ona görə də Xatuna yalnız uğurlar arzu edirəm".

Qeyd edək ki, Xatun Əliyeva illər əvvəl "ATV maqazin onlarla"  verilişinə müsahibəsində Ayan Babakişiyeva haqqında "Ayanın pis cəhəti odur ki, böyük-kiçik yeri bilmir. Mən ondan neçə bayram böyüyəm. O özünü elə aparır ki, guya tay-tuşuq. Mən söz götürən adam deyiləm. Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim. Ona dedim ki, səni bilirsən nə edərəm" sözlərini dilə gətirmişdi. Bir müddət sonra tərəflər bir arayaq gələrək, barışmışdılar. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun