Durov Azərbaycanda haraları gəzib? - Emin açıqladı

7 Oktyabr 2024 14:22

Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov jurnalist Kseniya Sobçaka müsahibəsində Teleqramın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Durovun Azərbaycana tanışlıq məqsədi ilə gəldiyini, Bakıda olduğunu, Qarabağı və ölkənin digər bölgələrini gəzdiyini qeyd edib.

E.Ağalarovun sözlərinə görə, o, "Sea Breeze"də olarkən Durovla görüşüb və qısa, lakin isti görüş keçirib, ümumi mövzuları müzakirə ediblər.

Xatırladaq ki, Durov Bakıdan Parisə getdikdən dərhal sonra Fransada saxlanılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun