"İnsanlar şəkil çəkdirməyi dua etməkdən üstün tuturlar" - FOTO

7 Oktyabr 2024 20:04

Müğənni Xuraman Şuşalı ötən gün Azərbaycanda çıxıç edən türk alim, ilahiyyatçı Nihat Hatipoğlunu dinləməyə gələnləri tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı görüşdə izləyicilərin ilahiyyatçı ilə şəkil çəkdirmək istəməsini qınayıb.

"Bu gün bir daha anladım ki, insanlar şəkil çəkdirməyi dua etməkdən üstün tuturlar. Kişi deyir dua edək, zalın 90 faizi şəkil çəkdirməyə durdu. Yox, bəs statusunda camaat görməsin ki, harada olmuşam? Mən də deyim, şəkilim var" deyə, Xuraman bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun