Pulu sağa-sola səpən israfçı bürclər - Hər şey həzz almaq üçün...

7 Oktyabr 2024 13:50

Astrologiyaya görə, bəzi bürclər israfçılığa meyillidirlər. Onlar pullarını xərcləməyi və dəbdəbəli yaşamağı sevirlər. Bu bürclər öz həyatlarından həzz almaq və ətrafdakılara qarşı səxavətli olmaq prinsipini qəbul edirlər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, buğa rahatlıq və dəbdəbəni sevməsi ilə tanınır. Keyfiyyətli həyat standartlarına sahib olmağı hədəfləyir və gözəl şeylərə sərmayə qoymaqdan çəkinmir. Buğalar dəbdəbəli əşyalara və yaxşı yeməklərə də pul xərcləməyi sevirlər. Gözəl bir həyat təmin etmək istəyi bəzən həddindən artıq xərclərə səbəb ola bilər.

Şir bürcü diqqəti cəlb etməyi və ətrafdakıları heyran etməyi xoşlayır. Bu səbəbdən təntənəli tədbirlər təşkil etmək, sosial həyatlarına dəbdəbə qatmaq üçün pul xərcləyirlər. Özlərini xüsusi hiss etmək üçün bahalı paltarlar, parlaq hədiyyələr almağa üstünlük verirlər. Şirlər üçün pul həyat keyfiyyətini yaxşılaşdırmağın vacib bir vasitəsidir.

Oxatan bürcü macəraçı və azad ruhlu təbiəti ilə tanınır. Onlar səyahət etməyi, yeni təcrübələr qazanmağı və kəşf etməyi sevirlər. Bu ehtiraslarını həyata keçirmək üçün büdcələrini uzatmaqdan çəkinmirlər. Səyahətə çıxmağı və kəşflər etməyi sevdikləri üçün hər fürsətdə pul xərcləyə bilərlər. Xərclərinin arxasındakı motivasiya adətən yaşadıqları anlardan həzz almaqdır.

Tərəzilər estetika və gözəlliyə olan həvəsləri ilə tanınır. Onlar incəsənət, moda və zərif həyat tərzi ilə maraqlanırlar. İctimai tədbirlərdə, dəvətlərdə dəbli görünmək üçün pul xərcləməkdən çəkinmirlər. Tərəzilər başqalarının gözündə xoş təəssürat yaratmaq üçün dəbdəbəli və bahalı məhsullara üz tuturlar. Həm də münasibətlərində səxavətli olmağı və tanış olduqları insanlara hədiyyə almağı xoşlayırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun