HAMAS İsrailə 5 raket atdı, yaralananlar var

7 Oktyabr 2024 13:05

HAMAS tərəfindən İsrailə Qəzzanın cənubundakı Xan Yunis şəhərindən beş raket atılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İki nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, HAMAS İsrailin mərkəzinə atılan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürərək, Tel-Əvivi hədəf aldığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun