Tibb üzrə “Nobel” alanlar məlum oldu

7 Oktyabr 2024 13:42

Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı laureatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Victor Ambros və Gary Ruvkun sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə layiq görülüblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun