Qazaxıstanda bunkerdə faciə, ölənlər var

7 Oktyabr 2024 12:32

Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.

"Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar", - məlumatda qeyd olunub.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.

Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun