Xarici səfərlərinə görə yenidən impiçment başladılacaq

7 Oktyabr 2024 11:32

Hakim "Gürcü Arzusu" Partiyası prezidentin impiçmenti prosedurunu bərpa edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, qərarın verilməsinə səbəb hələ də xaricə icazəsiz səfərlərdir.

Ş.Papuaşvili bildirib ki, yeni konstitusiya təklifi parlament seçkilərinə qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun