Ukraynanı NATO-ya daxil olmağa qoymayacağam

7 Oktyabr 2024 09:56

Partiyamızın parlamentdəki deputatlarının Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyinə əminəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, siyasi nəzarətim altında olan parlament üzvlərini elə istiqamətləndirəcəyəm ki, onlar heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmasınlar", - o bildirib.

Fitsonun fikrincə, Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun