"Xanımın sevgilisi mənə dedi ki..." - Xalq artisti yayılan görüntülərdən DANIŞDI - VİDEO

7 Oktyabr 2024 19:14

Xalq artisti Bilal Əliyevin məclislərin birində meyxana deməsi maraqla qarşılanıb. Üstəlik müğənninin meyxananı mini ətəkdə yanında əyləşən gənc xanıma baxaraq deməsi isə müzakirələrə səbəb olub.

Bilal Əliyev yayılan görüntülərlə bağlı Redaktor.az-a danışdı:

"Meyxana bizim folklorumuzdur. Əgər bunu bacarırsansa demək olar, niyə demirsən ki. Mən televiziyada da meyxana demişəm. Yanımda oturan xanım da məclisdə qonaq idi və onun o biri tərəfində də sevgilisi əyləşmişdi. Bir neçə əsər oxuyandan sonra ordakı meyxanaçılar meyxana dedilər və mən də onlara qoşuldum. Xanımın sevgilisi məndən xahiş etdi ki, ona da meyxana deyim. Çünki həmin gün o xanımın da ad günü idi".

B.Əliyev bir vaxtlar məşhur meyxana ustadları ilə toy məclislərinə getdiyini və meyxananı da onlardan öyrəndiyini deyib:

"Nizami Rəmziylə, Ağasəlim Çıldaqla çox məclislərinə getmişik. Meyxananı da bədahətən deməyi onlardan öyrənmişəm. Ona görə də məclislərdə yeri düşəndə meyxana da deyirəm".

--------

09:30

Xalq artisti Bilal Əliyev bu videosu ilə gündəmi silkələyəcək.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, B.Əliyevin paytaxt Bakının məşhur məkanlarından birində "kabinet"də meyxana deməsi görüntüləri yayılıb. 

Lakin məsələ bununla da yekunlaşmır. Məşhur xanəndə meyxananı mini ətəkdə yanında əyləşən gənc xanıma baxaraq onun üçün deyib.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, Xalq artisti Bilal Əliyev Həcc ziyarətinə tez-tez gedən nadir sənət adamlarımızdan biridir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun