İsrailin Hərbi Hava Qüvvələri Qəzzada onlarla hədəfə zərbələr endirib

7 Oktyabr 2024 06:58

İsrailin Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisində onlarla hədəfə zərbələr endirib.

Milli.Az Trend-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusilə yeraltı infrastruktur obyektləri və Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarlarının silahlı birləşmələri hücuma məruz qalıb.

Cəbaliyə bölgəsində quru bölmələri fəal şəkildə fəaliyyət göstərir, radikal dəstələrlə döyüşə girir. Gün ərzində orada onlarla fələstinli radikal öldürülüb. Əməliyyat bölgəsində hərbçilər silah, sursat və partlayıcı qurğular aşkarlayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun