Niderland Ukraynaya ilk "F-16"ların çatdırılmasını rəsmən təsdiqlədi

7 Oktyabr 2024 06:35

Niderland Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd "F-16" qırıcısının ilk partiyasını təhvil verib.

Milli.Az Trend-a istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qalan təyyarələrin də yaxın aylarda təhvil veriləcəyi bildirilib.

Təhvil verilən qırıcıların sayı qeyd olunmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 təyyarə göndərəcəyini vəd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun