Düşmənlərə qarşı bir neçə ssenari hazırlamışıq - SEPAH

6 Oktyabr 2024 22:36

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri deyib ki, İran düşmənlərlə qarşılaşmaq üçün bir neçə ssenari hazırlayıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, onlardan biri İsraillə birbaşa qarşıdurmanı nəzərdə tutur.

Əli Rza Təngsiri "Əl-Aləm" telekanalına müsahibəsində qeyd edib ki, İran istənilən şəraitə və bölgədə fövqəladə vəziyyətlərə tam hazırdır.

"Bu hallardan biri də Benyamin Netanyahunun odla oynaması və onun alovunu yandırmasıdır. Biz hətta bu problem üçün müxtəlif təlimlər hazırlamışıq", - deyə kontr-admiral bildirib.

O, hazırlanmış ssenarilərin dəqiq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Kontr-admiral bu ssenarilərin konkret hansı hallarda istifadə olunacağını da açıqlamayıb.

Qeyd edək ki, İran 1 oktyebarda İsrailə kütləvi raket hücumu həyata keçirib. İsrailin bu hücuma cavab verəcəyi gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun