Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var

6 Oktyabr 2024 20:59

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az reportg.az-a istinadən xəbər verir ki, Aşıqlı kəndində iki avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun