Rusiya açıqladı: Ukraynada seçki bu tarixdə keçiriləcək!

6 Oktyabr 2024 20:43

Ukraynada seçki 2025-ci ilin yazından tez olmayacaq və sırf imitasiya xarakteri daşıyacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Miroşnik ölkənin hazırkı hakimiyyət orqanları tərəfindən Ukraynada seçkilərin keçirilməsi ehtimalını dəyərləndirib.

Diplomatın sözlərinə görə, Zelenski yalnız qələbəsinə əmin olduğu halda səsvermənin təşəbbüskarı ola bilər.

Miroşnikin sözlərinə görə, Ukrayna hakimiyyəti seçkilərin keçirilməsi üçün Zelenskinin rəqiblərini sıradan çıxarmalıdır:

"Onlar Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını Böyük Britaniyaya səfir göndərməklə buna nail olub".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun