İsrailin Livandakı zərbələri nəticəsində 20 minə yaxın fələstinli məcburi köçkün vəziyyətinə düşüb.
Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi məlumat açıqlayıb.
Agentlik, 4300-dən çox məcburi köçkünün yerləşdirilməsi üçün təcili sığınacaqlar qurulduğunu, İsrailin bombardmanlarının intensivləşməsi fonunda onların sürətlə dolduğunu bildirib.
Agentlik vəziyyət pisləşdikcə daha çox sığınacaq açmağa və artan humanitar ehtiyacları qarşılamağa hazır olduğunu bəyan edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun