Ukrayna PUA-sı Belqorodda evin pəncərəsinə çırpıldı

6 Oktyabr 2024 20:28

Ukrayna ordusuna məxsus PUA Belqorod vilayətinin Şebekinski rayonunun Kozmodemyanovka kəndində yaşayış binasının pəncərəsinə çırpılıb, azyaşlı uşaq xəsarət alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında yazıb.

"Kozmodemyanovka kəndində FPV dron yaşayış binasının pəncərəsinə çırpılıb ", - o bildirib.

Qaldkov qeyd edib ki, hücum nəticəsində 13 yaşlı uşaq xəsarət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun