İran uçuşları ləğv etdi: Əməliyyata hazırlıq...

6 Oktyabr 2024 20:06

İranın Mülki Aviasiya Təşkilatı oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si Bakı vaxtı ilə saat 06:30-a kimi ölkənin bütün hava limanlarından uçuşları ləğv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət əməliyyatlarla bağlıdır.

Əməliyyatların konkret olaraq nədən ibarət olduğu açıqlanmır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun