Ən çox maaşı onlar alır - SİYAHI

6 Oktyabr 2024 18:57

Ən çox maaş alan prezidentlər, Baş nazirlər məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, ən çox maaşı Sinqapur Baş naziri Lourens Vonq alır.

Lourens Vonqun illik maaşı 1,69 ilyon dollardır.  İkinci yerdə 569,5 min dollarla İsveç Prezidenti Viola Amxerd, üçüncü yerdə 412,5 min dollarla Avstraliya Baş naziri Entoni Albaniz gəlir.

ABŞ Prezidenti Co Bayden illik 400 min dollar maaşla dördüncü yerdədir. Beşinci yerdə 316,7 min dollarla Avstriya kansleri, altıncı yerdə 310,5 min dollarla Yeni Zelandiya Baş naziri Kristofer Lakson, yeddinci yerdə 310 min dollarla Kanada Baş naziri Castin Tryudo qərarlaşıb.

Almaniya kansleri Olaf Şolts illik 293,3 min dollar əməkhaqqı ilə səkkizinci yerdədir. Doqquzuncu yerdə 276,4 min dollar maaşla Yaponiya Baş naziri Siqeru İsiba, onuncu yerdə 267,3 min dollarla İrlandiya BAŞ NAZİRİ Saymon Harris gəlir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun