"Netanyahu odla oynayır"

6 Oktyabr 2024 18:32

İran komandanlığı Tehranın İsraillə münaqişəyə girəcəyi təqdirdə bir neçə fəaliyyət planı hazırlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tanqsirib deyib.

O, "İsrailin Baş naziri Benyamin Netanyahunun odla oynadığını" deyib.

Bildirilib ki, İran ordusu İsrailin mümkün addımlarına tam hazırdır.

"İranın İsraildəki hədəflərinin siyahısı var və "Doğru vəd 2" əməliyyatı sübut etdi ki, biz istədiyimiz hər yeri yerlə-yeksan edə bilərik", - deyə qeyd edilib.

İran mətbuatı ölkənin cavab formalarının və əks-hücumların İsrail tərəfinin nə edəcəyindən asılı olacağını yazır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun