Dağıstanda sərgi mərkəzində güclü yanğın - VİDEO

6 Oktyabr 2024 17:14

Dağıstan Respublikasının (Rusiya) Kaspiysk şəhərində yerləşən "Caspi Expo" sərgi mərkəzində güclü yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Məlumata görə, xilasetmə xidmətlərinin bir neçə işçisi xəsarət alıb. Yanğın məişət texnikası olan bölmələr və yumşaq oyuncaqların topdansatış satış məntəqəsini əhatə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun