Rusiya prezidenti Vladimir Putin ad günü planlarından danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, müvafiq post jurnalist Pavel Zarubinin Telegram kanalında yer alıb.
Dövlət başçısı bildirib ki, oktyabrın 7-si onun üçün iş günü olacaq. Günün birinci yarısında görüşlər jurnalistlər üçün qapalı olacaq, axşam isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər. Bundan əlavə, Putinin bayram həftəsində hökumətlə və Təhlükəsizlik Şurası ilə görüş planlaşdırılır.
Prezidentin mətbuat katibi Dmitri Peskov da dövlət başçısının ad günündə işləyəcəyini təsdiqləyib. Kreml sözçüsünə görə, "xüsusi bayramla bağlı heç nə olmayacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun