Hazırda "Yalı çapkını" serialında rol alan aktyor Emre Altuğ ekran işinin bu mövsüm final edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor jurnalistlərə açıqlamasında belə bir qərarın olmadığını bildirib:
"Serialın finalı ilə bağlı heç bir məlumat yoxdur. Birdən də final edə və ya mövsüm sonunda da bəlli ola bilər. Hər şey öz axarında gözəldir. Bu serialın da dadı qaçacaqsa, bitsin. Yaxşı olacaqsa, 10 il davam etsin. Niyə də yox?".
Qeyd edək ki, bir neçə gün əvvəl aktrisa Öznur Serçeler "Yalı çapkını"nın bu mövsüm final edəcəyini açıqlamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun