Litva gömrüyü Rusiya ordusu üçün nəzərdə tutulan hərbi təyinatlı yükləri ələ keçirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Məlumata görə, Kaunas ərazi gömrüyünün əməkdaşları Kalininqraddan Moskvaya gedən sərnişin qatarlarında 4 hərbi təyinatlı yük aşkarlayıblar.
Bundan başqa, sentyabrın 27-si, 29-u və 30-da Kalininqraddan hərəkət edən qatarda topları gizlətmək üçün kamuflyaj torları aşkar edilib. Litva gömrüyünün məlumatına görə, bu cür yüklər adətən Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən müxtəlif ictimai təşkilatların üzvləri tərəfindən göndərilir.
Litva gömrüyü müsadirə edilən məhsulları yardım kimi Ukraynaya göndərəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun