Papa dünyaya müraciət etdi: İranın İsrailə hücumu...

6 Oktyabr 2024 16:03

İsraildə əhaliyə qarşı törədilən terror aktından sabah bir il ötür. Unutmayaq ki, Qəzzada hələ də girovlar var, onları azad etməyə çağırıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Roma Papası Fransisk ənənəvi bazar günü çıxışında deyib.

"Mən Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəs diləyirəm. Livanlılar, xüsusən də ölkənin cənubunda yaşayanlar üçün dua edək. Mən beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, İran tərəfindən bir neçə gün əvvəl həyata keçirilən hücumlar təkrarlanmasın. Bu da regionda daha da genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Bütün xalqların sülh və təhlükəsizlik hüququ var və onların ərazilərinə hücum edilməməlidir. Suverenliyə müharibə yox, dialoq yolu ilə təminat verilməlidir", - Papa bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun