İranda sənaye parkında yanğın - ölən və yaralanan var

6 Oktyabr 2024 15:32

Bu gün İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Xəzra sənaye parkında kauçuk qablar zavodunda yanğın baş verməsi nəticəsində 1 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu İranın Kirman vilayəti Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin müdiri Məhəmməd Saberi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb. Yaralılar tibb mərkəzlərinə çatdırılıblar.

Zavodda yanğının birdəfəlik qabların alışması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun