Paşinyan Fransadan qayıdan kimi velosipedə oturdu

6 Oktyabr 2024 14:38

Ermənistan Baş naziri Nikol Paşinyan Fransadan qayıdıb və bu gün səhər tezdən velosiped sürməyə başlayıb. Bu dəfə o, qrupu ilə birlikdə Eçmiədzinə və geriyə veloyürüş təşkil edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası yazıb.

Yol boyu onu çoxsaylı təhlükəsizlik və polis maşınları müşayiət edib.

"İrəvan-Eçmiədzin-İrəvan, 50 kilometr: yaşasın velosiped!" - Paşinyan sosial şəbəkə hesabında yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun