Bu sursatlar məhv ediləcək

6 Oktyabr 2024 13:49

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Seyfəli poliqonunda 7-13 oktyabrda istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun