Samirə ilə Əli Özbəkistanda dava etdi

6 Oktyabr 2024 12:08

Əməkdar artist Abbas Bağırov aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu haqda etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ifaçılar "Qonaqcanlı" verilişində qonaq olub. Abbas bildirib ki, Samirə və Əlinin davasının şahidi olub. 

"Onların bir yerdə davasını görəsiniz. Dalaşmaqlarının şahidi olmuşam. Özbəkistana getmişdik, konsertdən əvvəl məşq olmalı idi. Samirə xanım əsəbiləşib ki, sən orada oynamalı idin, niyə oynamadın? Aşıq sənətində ciddiyət, məsuliyyət var" deyə, A.Bağırov əlavə edib. 

Samirə isə "Aşıq sənəti məsuliyyətdir. Biz də işimizə məsuliyyətlə yanaşırıq. Buna görə də bizim ifamız dövlət səviyyəli tədbirlərdə səslənir" sözlərini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun