İsrail ordusu yeni hərbi əməliyyata başladı

6 Oktyabr 2024 12:14

İsrail ordusu (SAXAL) Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində Fələstinin HƏMAS hərəkatının silahlı radikal qruplarına qarşı yeni hərbi əməliyyata başlayıb və onlarla hədəfə hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun bəyanatına görə, əməliyyat başlamazdan əvvəl və əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələri quru bölmələrinin hərəkətlərinə dəstək vermək üçün bölgədə "onlarla hərbi obyekti" vurublar.

"Hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu dəstələr və digər hərbi infrastruktur obyektləri olub", - deyə mətbuat xidməti bildirilib.

"Bölgədəki terror infrastrukturunu sistematik şəkildə məhv etmək məqsədini daşıyan Cəbəliyyə əməliyyatı qarşıya qoyulan hədəflərə çatmaq üçün lazım olan müddətcə davam edəcək", - ordu izah edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun