Neymar bu adanı alır: görün nələr var - FOTOlar

6 Oktyabr 2024 15:24

Bu yaxınlarda ciddi zədəsini sağaldan "Əl-Hilal" və Braziliya millisinin ulduzu Neymar 7 milyon funta özəl ada almağı planlaşdırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "The Sun" tabloidi yazır ki, 32 yaşlı futbolçu Yapao adasının almağa yaxındır.

Altı hektarlıq tropik ada Rio-de-Janeyro əyalətinin cənub-qərbindəki Angra dos Reis liman şəhəri yaxınlığında yerləşir.

Adanın diqqət çəkən məqamlarına dəbdəbəli özəl çimərlik, açıq cakuzi, balıq gölməçəsi və dənizə baxan üç bungalov daxildir.

Adada bir neçə villa var. Əsası İndoneziya üslubunda hazırlanmışdır.

Ada 10 VIP qonaq qəbul edə bilər və yalnız qayıq və ya vertolyotla çatmaq olar. Rio de Janeyro Beynəlxalq Hava Limanından helikopterlə uçuş təxminən 35 dəqiqə çəkir.

Adanın kanadalı sahibi Neymarı 3 milyon funt-sterlinq endirimlə həvəsləndirib, adanı tez bir zamanda satmaq istəyib. Braziliyalı, öz növbəsində, hələ də düşünür, lakin məşhur Dubay daşınmaz əmlak investoru Şeyx Məhəmməd Binqatti ilə birlikdə adanı test üçün icarəyə götürüb. Bu, ona 40 min funt-sterlinqə başa gəlib.

Test-drayvdan sonra Ney son qərarı verəcək. Futbolçu oktyabrın sonunda dostları ilə adada dincəlməyi planlaşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun