"Telegram" "YouTube" videohostinqinin əvəzedicisini hazırlayır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hi-Tech Mail" məlumat yayıb.
Bildirilib ki, messencer komandası HLS axınını dəstəkləyən yeni videopleyerin yaradılması üzrə müsabiqə elan edib.
Məlum olub ki, videopleyer üçüncü tərəf brauzeri formasında vasitəçi olmadan "Telegram"ın öz daxilində fəaliyyət göstərəcək və həmçinin videonun keyfiyyətini avtomatik olaraq internet sürətinə uyğunlaşdıra biləcək.
Əvvəlcə yeni məhsul iOS-da, daha sonra isə masaüstü kompüterlə və "Android"də təqdim olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun