Qazaxıstanda AES-i kim tikəcək? - Tokayev açıqladı

6 Oktyabr 2024 11:39

Hökumət ətraflı təhlil aparmalı və müvafiq danışıqlar təşkil etməlidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev referendum nəticəsində qərarın xalq tərəfindən dəstəklənəcəyi təqdirdə atom elektrik stansiyasının (AES) tikintisi ilə kimin məşğul olacağı sualını şərh edərkən bildirib.

"Bu, asan məsələ deyil. Şəxsən mən hesab edirəm ki, Qazaxıstanda qabaqcıl texnologiyalara malik aparıcı dünya şirkətlərini özündə birləşdirən beynəlxalq konsorsium fəaliyyət göstərməlidir. Sonrakı prosesləri, necə deyərlər, həyat göstərəcək", - deyə Prezident qeyd edib.

Xatırladaq ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir. Səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun