Rusiyanın ən gözəl qızı oldu - FOTO

6 Oktyabr 2024 13:16

Oktyabrın 5-də  Moskvada "Barvixa Luxury Village" konsert zalında "Rusiya gözəli - 2024" müsabiqəsinin final mərhələsi keçirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Çuvaşiyadan olan 18 yaşlı Valentina Alekseyeva Rusiyanın ən gözəli seçilib.

Qalib gözəllik tacı və 1 milyon rubl mükafat alıb. Valentina Alekseyeva bu il noyabrın 16-da Meksikada təşkil olunacaq "Dünya gözəli" müsabiqəsində Rusiyanı təmsil edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun