Antarktida sürətlə yaşıllaşır

6 Oktyabr 2024 12:33

Hartfordşir və Ekseter universitetlərinin britaniyalı alimləri müəyyən ediblər ki, Antarktida iqlim istiləşdikcə sürətlə yaşıllaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, tədqiqat Nature Geoscience (NatGeo) elmi jurnalında dərc olunub.

Komanda 1986-cı ildən 2021-ci ilə qədər peyk məlumatlarını təhlil edib. Məlum olub ki, Antarktika yarımadasında bitki örtüyü bir kvadrat kilometrdən az olan ərazidən 12 kvadrat kilometrə qədər artıb.

Ekseter universitetinin alimi Tomas Roland bildirib ki, Yer kürəsinin ən sərt iqlim şəraitində böyüyən bitkiləri Antarktika yarımadasındadır:

"Landşaft hələ də demək olar ki, tamamilə qar, buz və qayalarla örtülüb, onun yalnız kiçik bir hissəsində bitkilər mövcuddur. Ancaq bu kiçik hissə kəskin şəkildə böyüyüb. Bu Antarktidanın geniş və təcrid olunmuş səhrasının insanın səbəb olduğu iqlim dəyişikliyinin təsirlərinə həssas olduğunu göstərir".

Alimlər deyirlər ki, Antarktidada daha çox bitki örtüyü qütb torpaqlarına üzvi maddələr əlavə edəcək və nəticədə digər flora növlərinin inkişafına zəmin yaranacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun