Qonşularını davası faciə ilə bitdi

6 Oktyabr 2024 08:59

Bakıda üç nəfər bıçaqlanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, adisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Qurban Məlikov, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Könül Qurbanova və oğlu 2003-cü il təvəllüdlü Məzahir Qurbanov Şağan qəsəbəsinin Hacı İsgəndərov küçəsində yaşadıqları evdə bıçaqlanıblar.

Qurban Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər yaralı şəxslər xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisəni Qurbanovlar ailəsinin qonşusu və qohumu törədib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun