Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirildi - YENİLƏNİB

6 Oktyabr 2024 15:44

6 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Milli.Az DİM-ə istinadən xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oktyabrın 7-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

-------

08:05

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM), inzibati vəzifələrin B növü - yəni inzibati icraçı vəzifələr - üzrə BA və BB qrupları üçün dövlət qulluğuna qəbul imtahanı təşkil edir.

Milli.Az-ın DİM-in mətbuatına istinadən verdiyi məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində 8 binada keçirilir və kağız formatında aparılır. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə isə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib.

İmtahan prosesini təşkil etmək üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı fəaliyyət göstərəcək.

İmtahan saat 11:00-da başlayır və 3 saat davam edir. Namizədlər, imtahan binasına 10:45-dən gec gəlməməli və mobil telefon, elektron cihazlar, kalkulyator, məlumat kitabçası və digər yardımçı vasitələr gətirməməlidirlər. Namizədlərin, şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə gəlməsi tələb olunur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun