İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi

5 Oktyabr 2024 21:48

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri İsrail ordusunun bir sıra yaşayış məntəqələrindən geri çəkilmək çağırışına baxmayaraq, Livanın cənubunda fəaliyyət göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti deyib.

"Sülhməramlılar bütün mövqelərdə qalırlar və BMT bayrağı dalğalanmağa davam edir. Bizim fövqəladə vəziyyət üçün fəaliyyət planımız var. Ehtiyac yaranarsa, bundan istifadə edəcəyik", - Tenenti bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun