"Günə 200 demirəm, 100 dollar vurdursam, trenddən düşmərəm..." - Ülviyyə Namazova

5 Oktyabr 2024 21:40

"Pul verib səhifələrdə trend etdirirlər özlərini. Günə 200 demirəm, 100 dollar vurdursam, mən də trenddən düşmərəm. Vəfa da, Şəbnəm də bu gün o trenddə pul hesabına qalırlar".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu fikirləri teleproqramlardan birində müğənni Ülviyyə Namazova səsləndirib.

"Trend odur mahnı tanınsın, sevilsin. Reklam edirlər, dinləməyənin də qabağına çıxır. Hamısı pul verib qabağa gedir. Bir-birinin acığına. Bizim də bu işlərdən anlayışımız var", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun