Gürcüstan sərhədində 200-dən çox yük maşını gözləyir

5 Oktyabr 2024 20:24

Gürcüstan-Ermənistan sərhədində 233 yük maşınının növbəsi yaranıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yük maşınları Sadaxlıdan Ermənistana giriş üçün növbədə gözləyir.

Qeyd edək ki, oktyabrın 3-dən etibarən "Baqratşen", "Bavra" və "Qoğavan" keçid məntəqələrində gömrük işçilərinin rotasiyası səbəbindən keçid məhdudlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun