Ucarda ağır qəza CAN ALDI

5 Oktyabr 2024 19:14

Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun