Maykl Cordanın ilk oyununa bilet hərracla satılacaq - FOTO

6 Oktyabr 2024 06:15

Əfsanəvi oyunçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında debüt oyununa bilet və onun avtoqrafı olan kart hərraca çıxarılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, əşyalar oktyabrın sonuna qədər hərracda olacaq.

Qalib şəxsə həmçinin, Cordanın avtoqraf sessiyalarından eksklüziv fləş disk hədiyyə ediləcək.

Xatırladaq ki, Cordan MBA-da debüt oyununu "Vaşinqton Bullets"ə (indiki Vaşinqton Vizards) qarşı keçirib. Matçda Maykl 16 xal toplayıb, 6 ribaund, 7 məhsuldar ötürmə edib. Görüş 109:93 hesabı ilə "Çikaqo"nun xeyrinə başa çatıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun