Narkotik alverçiləri tutuldu

26 May 2010 18:44
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər sakini Vüqar Həbibov narkotik vasitə olan heroini satarkən tutulub.

Araşdırmalar zamanı V.Həbibov narkotik vasitəni həmyerlisi İlham Həsənovdan, onun isə narkotik vasitəni, həmyerlisi, əvvəllər məhkum olunmuş Rüfət Mayılovdan aldığı müəyyən edilib. Onların da hər ikisi həbs olunub.

Milli.Az