Zelenski Ramşteyn görüşündə “qələbə planı”nı təqdim edəcək

5 Oktyabr 2024 14:48

Prezident Vladimir Zelenski Ramşteyn görüşündə Ukraynanın "qələbə planı"nı təqdim edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski "X" platformasındakı paylaşımında bildirib.

O, bildirib ki, oktyabrın 12-də Almaniyanın Ramşteyn şəhərində müttəfiqlərinin növbəti görüşündə öz "qələbə planını" təqdim edəcək.

"Qələbə Plan müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımları" əks etdirəcək"- deyə Zelenski vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun