İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin hücumundan əvvəl "Hizbullah" lideri Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Xamenei həmçinin İsrailin Tehranda hökumətin yüksək pillələrinə sızmasından da narahatdır.
"Reuters"ə açıqlama verən yüksək rütbəli İran rəsmisi sentyabrın 17-də "Hizbullah"ın hücumundan sonra Xameneinin Nəsrullaha İrana qaçmaq üçün təcili mesaj göndərdiyini açıqlayıb.
Mesajda İsrailin "Hizbullah" daxilində agentlərinin olduğu və İsrailin Nəsrullahı öldürməyi planlaşdırdığı bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun