Suares onun haqqında elə sözlər dedi ki… - Salam belə vermirdi

5 Oktyabr 2024 14:11

Uruqvay millisinin sabiq hücumçusu Luis Suares millinin baş məşqçisi Marselo Bielsanı tənqid edib .

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Suares bu barədə DirecTV-yə danışıb.

"Amerika Kubokunda məni incidən vəziyyətlər oldu. Toplanışda bir çox oyunçu məşqçidən heç olmasa onlara sabahınız xeyir deməsini istədi, amma o, salam belə vermirdi.

Bielsa iclaslar zamanı danışdı, insanlar haqqında gözəl şeylər söylədi. Lakin o, bizdən insanlarla salamlaşmaq üçün Nyu-Yorkun küçələrində dayanmamağımızı istədi. Mən ayağa qalxıb dedim ki, onsuz da bunu edəcəyik.

Milli komandadan getməzdən əvvəl Bielsa ilə beş dəqiqəlik söhbətim oldu, sonunda o, mənə yalnız bunu dedi: "Çox sağ ol".

Azarkeşlərdən xahiş etmək istərdim ki, əgər bir şey səhv olarsa (2026-cı il Dünya Çempionatına vəsiqə qazanılmazsa) oyunçuları söyməsinlər, çünki Bielsa komandanı hətta məşq tərzinə görə də bölürdü", - Suares bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun