Cəbrayıl şəhər tam orta məktəbində tədris 8 oktyabrda başlayacaq - Fuad Bədəlov - FOTO

5 Oktyabr 2024 11:53

Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin ərazisi 2,7 hektardır. 960 yerlik olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaqdan ibarətdir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov deyib.

O qeyd edib ki, təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

"Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Müasir tələblərə uyğun inventor müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbdə artıq pedaqoji heyətin formalaşması yekunlaşıb. Bütün müəllimlərimiz Cəbrayıla köçən şəxslərdən ibarətdir. 26 sentyabr tarixindən bugünə qədər 122 şagird təhsilə cəlb edilib. İlin sonundək bu sayın 400-ə çatdırılması nəzərdə tutulub. 8 oktaybr tarixindən məktəb şagirdlərin istifadəsinə veriləcək", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun