İsrail Hizbullah komandanlıq mərkəzini vurdu

5 Oktyabr 2024 11:37

İsrail Hərbi Hava Qüvvələri Livanın cənub xəstəxanası yaxınlığında məscidin içərisində fəaliyyət göstərən Hizbullah üzvlərinə hücum etdiyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Komanda mərkəzi Hizbullah üzvləri tərəfindən İsrail qoşunlarına və İsrail Dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun