Avropa çempionatında "bozqurd" işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə yığmasının futbolçusu Merih Demiralın heykəli ucaldılıb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, Bolu şəhərinin Karaçayır məhəlləsində heykəlin açılış mərasimi olub.
Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini bildirib.
Xatırladaq ki, Merih Dəmiral bu il iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "bozqurd" işarəsi göstərib.
Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun