Aparıcı Aytəkin Mərdanova plastik əməliyyat etdirdiyini etiraf edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, 1 ay əvvəl bıçaq altına yatıb:
"Veriliş başlayandan hamı dedi ki, səndə dəyişiklik var. Açıqlamırdım. Əməliyyat etdirmişəm. 1 ay keçib".
Aytəkin bədənşkilləndirmə etdiyini vurğulayıb.
"Dedim ki, efirdə artıqçəkili görsənirəm. Əsasən də qollarım kök görünürdü. İdman etdirməyə isə tənbələm, vaxtım yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun